SEPAH Hörmüz boğazında tankeri raketlə vurdu
Dünya
SEPAH-ın Hörmüz boğazında neft tankerinə zərbə endirdiyi iddia olunub.
News24.az xəbər verir ki, SEPAH-ın ABŞ məlumatı ilə Hörmüz boğazını keçməyə çalışan və İranın xəbərdarlıqlarına məhəl qoymayan bir gəmiyə raket zərbələri endirilib.
Bildirilib ki, hücumdan sonra tanker hərəkətini dayandırıb.
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi isə açıqlamasında Birləşmiş Ərəb Əmirliklərinin Fujayra limanından 78 dəniz mili şimalda bir neft tankerinin naməlum mərmilərlə vurulduğunu təsdiqləyib.
Məlumata görə, heyət üzvləri təhlükəsizdir və hadisə nəticəsində ətraf mühitin çirklənməsi barədə məlumat verilməyib.