SEPAH İsrail və ABŞ-yə qarşı raket zərbələrinin 50-ci dalğasını elan etdi

SEPAH İsrail və ABŞ-yə qarşı raket zərbələrinin 50-ci dalğasını elan etdi Dünya

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bölgədə gərginliyin başlamasından bəri İsrail ərazisinə və ABŞ hərbi obyektlərinə 50-ci raket hücumu dalğasını elan edib.

News24.az xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında bildirilir.

"Fars" xəbər agentliyinin verdiyi məlumata görə, SEPAH-ın açıqlamasında "Gerçək vəd - 4" əməliyyatının 50-ci dalğası zamanı Əd-Dəfra, Fuceyra, Əl-Cufeyr, Əli əs-Salim və Əl-Əzraqda yerləşən ABŞ ordusunun bazalarının hədəf seçildiyini bəyan edib. (Teleqraf)