SEPAH Trampa xəbərdarlıq etdi

SEPAH Trampa xəbərdarlıq etdi Dünya

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının bağlanması ilə bağlı açıqlamasına münasibət bildirib.

News24.az xəbər verir ki, SEPAH-ın bəyanatı “X” sosial media platformasında yayımlanıb.

“Bütün hərəkətlər Hörmüz boğazında silahlı qüvvələrin tam nəzarəti altındadır. İstənilən yanlış hərəkət düşməni boğazın ölümcül burulğanlarına çəkəcək”, - açıqlamada deyilir.