Sergey Koretski Ukraynanın yeni baş naziri seçildi

Sergey Koretski Ukraynanın yeni baş naziri seçildi Dünya

Ukrayna Ali Radası Sergey Koretskini ölkənin yeni baş naziri seçib.

News24.az xəbər verir ki, səsvermə zamanı onun namizədliyini 289 deputat dəstəkləyib. Baş nazirin təsdiqlənməsi üçün minimum 226 səs tələb olunurdu.

Qeyd edək ki, iyulun 14-də Ali Rada əvvəlki baş nazir Yuliya Sviridenkonu vəzifəsindən azad etmişdi. Yeni baş nazirin seçilməsi parlamentdə etirazlar fonunda baş tutub.

Hazırda Ali Rada yeni hökumətin tərkibinin formalaşdırılması ilə bağlı müzakirələri davam etdirir.