Sərinişin qatarları toqquşdu: Çox sayda yaralı var - Bu ölkədə
Dünya
Slovakiyada iki sərnişin qatarı toqquşub.
News24.az xarici KİV-ə istinadla xəbər verir ki, qəza nəticəsində 30 nəfər xəsarət alıb. Doqquz sərnişinin ağır yaralandığı bildirilib.
Qatarlar Bratislava ilə Pezinok şəhəri arasındakı dəmir yolu sahəsində toqquşublar.
Slovakiyanın baş naziri Robert Fiço bildirib ki, Bratislava yaxınlığındakı qatar toqquşması diqqətlə araşdırılmalıdır. O, zərərçəkənlərin tezliklə sağlamlıqlarına qovuşmasını arzulayıb.