Sərnişinlər uçdu, baqajları İstanbulda qaldı

Sərnişinlər uçdu, baqajları İstanbulda qaldı Dünya

İstanbul hava limanından Rusiyanın Vnukovo aeroportuna uçan təyyarəyə 139 ədəd baqaj yüklənməyib.

News24.az xəbər verir ki, bu barədə Moskva hava limanının mətbuat xidməti məlumat yayıb.

Hadisə bu gün səhər saatlarında Rusiyanın paytaxtına uçan “AJet” aviaşirkətinin “VF 5101” nömrəli reysində yaşanıb.

"Təəssüf ki, 139 ədəd baqaj hava limanında yüklənməyib. Aviaşirkət baqajınızı mümkün qədər tez çatdırmaq üçün tədbirlər görür", - deyə məlumatda qeyd edilib.

Baqajın dəqiq nə vaxt çatdırılacağı barədə məlumat verilməyib.