Səudiyyə Ərəbistanı İraqa nota göndərdi
Dünya
İraqın Səudiyyə Ərəbistanındakı səfiri Sufi Talib əl-Suheyli Xarici İşlər Nazirliyinə çağırılıb.
News24.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının XİN-i məlumat yayıb.
Bildirilib ki, diplomata krallığa və körfəz ölkələrinə hücumlar və təhdidləri pisləyən etiraz notası təqdim edib.
Həmçinin qeyd edilir ki, İraq hökumətinin bu cür təhdid və hücumların qarşısını almaq üçün məsuliyyət daşıması vacibdir.
Qeyd edək ki, ABŞ və İran arasında atəşkəs razılaşmasından sonra Səudiyyə və körfəz ölkələrində bəzi hədəflərə dron hücumları olub.
İddia edilir ki, dronların bəziləri İraq ərazisindən silahlı qruplar tərəfindən buraxılıb.