Sevgilisi ilə görüşdən qabaq dərman içdi, öldü

Sevgilisi ilə görüşdən qabaq dərman içdi, öldü Dünya

Hindistanda 29 yaşlı dövlət qulluqçusu potensiyanı artıran preparatdan aşırı dozada istifadə etməsi nəticəsində vəfat edib.

News24.az xəbər verir ki, hadisə gəncin işə gəlməməsi və zənglərə cavab verməməsindən sonra üzə çıxıb. Həmkarlarının narahatlığı əsasında məmurun yaşadığı mənzilə baxış keçirən polis əməkdaşları onu hərəkətsiz vəziyyətdə aşkarlayıblar.

Hüquq-mühafizə orqanlarının ilkin ehtimalına görə, gənc məmur hadisədən əvvəl sevgilisini gözləyirmiş. Bildirilib ki, ölümə səbəb potensiyanı artıran dərman vasitəsinin təyin olunmuş dozadan artıq qəbul edilməsi nəticəsində qan təzyiqinin kəskin yüksəlməsi ola bilər.

Faktla bağlı araşdırma başlanıb. Ölümün dəqiq səbəbini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilib. /Times of India/