“Sfinks” əriyir...
Dünya
İqlim dəyişikliyinin Yer kürəsinə vurduğu fəsadlar artmaqdadır. Şotlandiyanın Kernqorms Milli Parkındakı “Sfinks” adlanan qar sahəsi iqlim dəyişikliyi nəticəsində əriyə bilər.
News24.az “İTV Xəbər”-ə istinadən bildirir ki, iqlim dəyişikliyinin nəticəsi olaraq ortaya çıxan mənzərə vəziyyətin ciddiliyindən xəbər verir. Birləşmiş Krallığın üçüncü ən yüksək dağındakı bu sahə 20-ci əsrdə üç nadir hadisə istisna olmaqla heç vaxt əriməyib. Mütəxəssislər “Sfinks”in 4-cü dəfə əriyə biləcəyini ehtimal edirlər.
Tədqiqatçı Yen Kemeron deyir ki, “Sfinks” ötən əsrlər ərzində sahəsinin təxminən 3-də 1-ni itirib: “Hazırda onun diametri 5, dərinliyi 1 metrə çatır. Bu göstərici ilin bu vaxtı üçün çox azdır. Soyuq olsa, ilin sonuna kimi əriməz, amma baş verənlər onu göstərir ki, qar sahəsini bu ilin sonuna kimi əriyə də bilər”.
Y.Kemeron qar sahəsinin əsrlərdir izlənildiyini deyir: “Milli Parkdakı “Sfinks” 1900-cü illərdən bəri dərindən tədqiq olunur. Ötən əsrdə qar sahəsi üç dəfə əriyib. Lakin onun yenidən əriyəcəyini heç kim gözləmirdi. İqlim şərtləri dəyişməyə davam etsə, bu yerlərə ümumiyyətlə gələcəkdə qar yağmaya bilər”.