Şəxsi təyyarə qəzaya uğradı: 4 ölü

Şəxsi təyyarə qəzaya uğradı: 4 ölü Dünya

ABŞ-ın Virciniya ştatının Bath qraflığında şəxsi təyyarə qəzaya uğrayıb.

News24.az xəbər verir ki, bu barədə ABC televiziyası məlumat yayıb.

Məlumata görə, insident yerli vaxtla saat 15:00-da baş verib.

Hadisə nəticəsində 4 nəfər ölüb.

Ştat polisi və Federal Aviasiya Administrasiyası qəza ilə bağlı araşdırma aparır.

Mehriban Mirzəzadə