Silahlı hücum: - Ölənlər var
Dünya
Nigeriyanın cənubundakı İmo əyalətində silahlı hücum edilib.
News24.az xəbər verir ki, İmo əyalətinin polis komissarı Aboki Danjuma onuimo bölgəsində naməlum şəxslər tərəfindən silahlı hücumun həyata keçirildiyini bildirib.
Hücumda 8 nəfərin öldüyünü qeyd edən Danjuma çox sayda insanın yaralandığını bildirib.
Qeyd edək ki, Danjuma təhlükəsizlik qüvvələrinin bölgəyə yönəldildiyini və hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.
Günel Məlikzadə