Silahlı şəxslər Paşinyanı ölümlə hədələdilər
Dünya
Ermənistan İstintaq Komitəsi sosial şəbəkələrdə, həmçinin hakimiyyətyönlü mediada maskalı və silahlı şəxslərin Ermənistan və qondarma “Artsax” rejiminin bayraqları fonunda baş nazir Nikol Paşinyanı hədələdiyi görüntülərin yayılmasından sonra cinayət işi açıb.
News24.az xəbər verir ki, İstintaq Komitəsinin yaydığı məlumata əsasən, polis tərəfindən təqdim olunan məlumatlar əsasında müəyyən edilib ki, naməlum şəxslər icazəsiz şəkildə ümumi istifadə üçün nəzərdə tutulmayan kompüter şəbəkəsinə çıxış əldə ediblər.
Bildirilib ki, həmin şəxslər daha sonra xuliqanlıq niyyəti ilə baş nazirin dövlət və siyasi fəaliyyəti ilə əlaqədar ona qarşı ölüm hədəsi ehtiva edən videonu yayıblar.
Hadisə ilə bağlı qəsdən adam öldürməyə hazırlıq, kompüter sabotajı və qanunsuz silah dövriyyəsi maddələri üzrə cinayət işi başlanılıb. İstintaq davam etdirilir. /Spunik Ermənistan/