Siyasi məhbuslar üçün əfv qanununu təsdiqləndi
Dünya
Venesuelada siyasi səbəblərdən həbsdə olan şəxslərin azad edilməsinə imkan verəcək əfv qanunu qəbul edilib.
News24.az xarici KİV-ə istinadla xəbər verir ki, qanun layihəsini ölkənin müvəqqəti prezidenti Delsi Rodrigez təqdim edib və qanunverici orqan tərəfindən təsdiqlənib.
Qanun 1999-cu ildən bəri siyasi münaqişə dövrlərində törədilmiş cinayətlər üçün “ümumi və tam əfv” təmin edir. Eyni zamanda 2024-cü il prezident seçkiləri zamanı baş vermiş siyasi motivli zorakılıq aktlarını da əhatə edir.
Qeyd edək ki, qəbul edilmiş qanun müxalifətin uzun müddət tələb etdiyi islahatlara xidmət edir və həbsdə olan siyasətçilər, jurnalistlər və vəkillər üçün əhəmiyyətli azadlıq imkanı yaradacağı gözlənilir.