Sülh danışıqları niyə dayandırıldı? – Zelenski açıqladı
Dünya
Rusiya və Ukrayna arasında sülh danışıqları hazırda İran ətrafında yaranan vəziyyət səbəbilə fasiləyə düşüb.
News24.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam müraciətində bildirib.
“Hazırda İran ətrafındakı vəziyyətə görə üçtərəfli görüş üçün zəruri siqnallar yoxdur, lakin təhlükəsizlik şəraiti və ümumi siyasi kontekst həmin üçtərəfli diplomatik işi davam etdirməyə imkan verən kimi bu, həyata keçiriləcək. Ukrayna buna hazırdır”, – deyə Zelenski vurğulayıb.