Sülh planı üçün 3 tərəfli onlayn dialoq – Avropa da prosesə qoşulur
Dünya
ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və bəzi Avropa dövlətlərinin liderləri şənbə günü onlayn görüş təşkil etməyi planlaşdırırlar.
News24.az xəbər verir ki, məlumatı “Axios” yayıb. Bildirilir ki, görüşün əsas məqsədi Ukrayna müharibəsi ilə bağlı sülh təşəbbüslərini davam etdirmək və tərəflərin mövqelərini uyğunlaşdırmaqdır.
Məlumata görə, 28 dekabr tarixində Trampın Floridadakı Mar‑a‑Lago rezidensiyasında üzbəüz görüşün də keçirilməsi planlaşdırılır. Tramp və Zelenski bu görüşdə ABŞ tərəfindən hazırlanmış 20 maddəlik sülh planı barədə razılığa gəlmək niyyətindədirlər.