Sülh planında dönüş nöqtəsi? ABŞ nümayəndəsi Zelenski ilə Berlində görüşür

Sülh planında dönüş nöqtəsi? ABŞ nümayəndəsi Zelenski ilə Berlində görüşür  Dünya

ABŞ Prezidentinin xüsusi elçisi Stiven Vitkoff bu həftə sonu Berlində Avropa liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacaq.

News24.az xarici mediaya istinadən xəbər verir ki, görüşlər Böyük Britaniya, Almaniya və Fransa nümayəndələrinin iştirakı ilə keçiriləcək. Vitkoffun Berlinə göndərilməsi Vaşinqton və Kiyev arasında sülh sazişinin şərtləri üzrə fikir ayrılıqlarını aradan qaldırmaq məqsədi daşıyır.