Sınaq uğurla başa çatdı – Çin yeni rekorda imza atdı

Sınaq uğurla başa çatdı – Çin yeni rekorda imza atdı Dünya

Çin növbəti dəfə rekorda imza atıb. Maqnit yastıqlı eksperimental qatar cəmi 2 saniyəyə saatda 700 kilometrə qədər sürət toplaya bilib.

News24.az xəbər verir ki, bu barədə "China Media Group" məlumat yayıb.

Sınaq "National University of Defense Technology" tərəfindən 400 metrlik xüsusi sınaq trassında həyata keçirilir. Tonluq nəqliyyat vasitəsi təkcə rekord sürəti toplamayıb, həm də təhlükəsiz şəkildə dayana bilib. Bu da bu zamana qədər platformada qeydə alınan ən yüksək göstəricidir.