Şok hadisə: Mal əti adı ilə eşşək əti satırmışlar
Dünya
Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi saxta və təqlid qida məhsullarına qarşı keçirilən növbəti reydin nəticələrini açıqlayıb.
News24.az xəbər verir ki, yeni açıqlanan siyahıda ən çox müzakirə doğuran faktlardan biri İzmirin Qaziemir rayonunda aşkarlanıb.
Nazirliyin məlumatına görə, “Örke Kasap (Mert Et) - Ahmet Örke” adlı firmaya məxsus “Dana Kasap Sucuk” məhsulunun tərkibində at və ya eşşək əti müəyyən edilib.
Səlahiyyətlilər bildiriblər ki, bu cür hallar insan sağlamlığı üçün birbaşa təhlükə yaratdığına görə şirkət barəsində inzibati tədbirlər görülüb. Nazirlik vətəndaşlara məhsul etiketlərini diqqətlə oxumağı və şübhəli hallarda dərhal aidiyyəti qurumlara müraciət etməyi tövsiyə edib.
Açıqlamada qeyd olunur ki, yoxlamalar “sağlamlığa təhlükə yaradan qidalar” və “təqlid və saxtalaşdırılmış məhsullar” kateqoriyaları üzrə davam etdirilir.