Şok olay! Bu ölkədə 200-dən çox şagird və müəllim qaçırıldı
Dünya
Nigeriyanın qərbində silahlı şəxslər katolik məktəbinə hücum edərək 200-dən çox şagird və 12 müəllimi girov götürüblər.
News24.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Aqvara yerli hökumətinə bağlı Papiri icmasında yerləşən Müqəddəs Məryəm Katolik Məktəbində baş verib.
Məlumata əsasən, ümumilikdə 215 şagird və 12 müəllim qaçırılıb. Nigeriya Xristian Assosiasiyasının (CAN) dövlət bölməsinin nümayəndəsi Daniel Atori bildirib ki, onların təhlükəsiz şəkildə azad olunması üçün iş aparılır.