Son 36 ilin ən dəhşətli xəstəliyi yayılır
Dünya
Çexiyada son 36 ilin ən böyük Hepatit A epidemiyası baş verib.
News24.az xəbər verir ki, “çirkli əllər xəstəliyi” adlanan virus ölkə üzrə sürətlə yayılaraq yanvar ayından indiyədək təxminən 3000 yoluxma və 31 ölümə səbəb olub.
Ən çox yoluxma Praqa, Brno və Plzen şəhərlərində qeydə alınıb. Milad bazarlarının sıxlığı və turist axını epidemiyanın sürətlənməsinə təsir göstərib. Epidemioloqlar və Milli İctimai Səhiyyə İnstitutu səlahiyyətliləri insanları əllərin tez-tez yuyulması, dezinfeksiyaedici məhlullardan istifadə və çiy qida ilə açıq havada satılan yeməklərdən ehtiyatlı olmağa çağırır.
Uzunmüddətli səfər edən turistlər üçün Hepatit A peyvəndi tövsiyə olunur.