Son illərin ən böyük kəşfi: Milyardlarla dollar dəyərində qızıl tapıldı
Dünya
Səudiyyə Ərəbistanında son illərin ən böyük qızıl yataqlarından biri aşkar edilib. Ölkənin dövlətə məxsus mədən şirkəti Maaden apardığı kəşfiyyat və qazma işləri nəticəsində ümumilikdə 7,8 milyon unsiya qızıl ehtiyatı müəyyən etdiyini açıqlayıb.
News24.az xəbər verir ki, mövcud bazar qiymətləri ilə bu ehtiyatın dəyərinin təxminən 35 milyard dollar olduğu bildirilir.
Şirkətin verdiyi məlumata görə, qızıl ehtiyatları dörd fərqli ərazidə aşkar olunub.
Mansourah, Masarah, Uruq 20/21 və Umm Salam sahələrində aparılan qazma işləri yüksək miqdarda qızılın mövcudluğunu təsdiqləyib. Bu kəşfin Səudiyyə Ərəbistanının qızıl istehsalını əhəmiyyətli dərəcədə artıracağı gözlənilir.
"Maaden"in açıqlamasında bildirilib ki, aparılan geoloji araşdırmalar zamanı yalnız qızıl deyil, eyni zamanda mis, nikel və platin kimi digər qiymətli faydalı qazıntılara da rast gəlinib.