Soyunub qadınların arxasınca düşdü - Polis hər yerdə bu şəxsi axtarır

Soyunub qadınların arxasınca düşdü - Polis hər yerdə bu şəxsi axtarır Dünya

Rusiyanın Krasnodar diyarının Armavir şəhərində qadın və uşaqları təqib etdiyi bildirilən yarıçılpaq kişi ilə bağlı polis araşdırmaya başlayıb.

News24.az xəbər verir ki, yerli sakinlərdən birinin uşaqların yanında nalayiq davranan kişi barədə məlumat verməsindən sonra hüquq-mühafizə orqanları məsələyə müdaxilə edib. Hazırda həmin şəxsin kimliyi müəyyənləşdirilir.

Şahidlərin sözlərinə görə, kişi təxminən üç həftə əvvəl şəhərdə görünüb. Həmin vaxt fotoqraf iki ananı uşaqları ilə birlikdə su kənarında lentə alarkən kolların arasında tamamilə çılpaq və üzərində döymələr olan kişini görüb.

İddialara görə, polisə məlumat verildikdən sonra həmin şəxs gizləndiyi yerdən çıxaraq qadın və uşaqların olduğu istiqamətə qaçıb, daha sonra isə ərazidən uzaqlaşıb.

Hadisənin təxminən üç həftədir təkrarlandığı və yerli sakinlərin bu şəxsin davranışından narahat olduğu bildirilir. Hüquq-mühafizə orqanları araşdırmanı davam etdirir.