Soyuq hava 25 nəfərin ölümünə səbəb oldu - Bu ölkədə
Dünya
Qəzzada dekabr ayında soyuq hava şəraiti səbəbindən 6-sı uşaq olmaqla 25 fələstinli həyatını itirib.
News24.az xəbər verir ki, bu barədə Qəzza Mülki Müdafiə Xidməti məlumat yayıb.
Bildirilib ki, ölənlərin əksəriyyəti İsrail hücumları nəticəsində evsiz qalan şəxslərdir. Qurumun sözçüsü Mahmud Basalın sözlərinə görə, dondurucu temperatur və güclü yağışlar çadır düşərgələrini yararsız hala salıb. Qəzza zolağında sığınacaq kimi istifadə olunan çadırların 90 faizi su altında qalıb və ya dağılıb.
Basal beynəlxalq ictimaiyyəti Qəzzada yaranmış humanitar vəziyyətlə bağlı təcili müdaxiləyə çağırıb.