İspaniya ABŞ ilə bağlı qərar verdi
Dünya
İspaniya İran-İraq müharibəsi fonunda ABŞ-yə qarşı daha bir sərt addım atıb.
News24.az xəbər verir ki, Madrid hökuməti müharibədə iştirak edən ABŞ hərbi təyyarələri üçün ölkənin hava məkanını bağlayıb.
Qərara əsasən, ABŞ təyyarələri artıq Yaxın Şərqə gedərkən və ya geri qayıdarkən İspaniya üzərindən keçə bilməyəcək və alternativ marşrutlardan istifadə etməli olacaq.
Bildirilib ki, məhdudiyyətlər fövqəladə hallara şamil edilmir. İspaniya Müdafiə Nazirliyi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
İspaniyanın iqtisadiyyat naziri Karlos Kuerpo qərarın hökumətin beynəlxalq hüquqa zidd hesab etdiyi müharibədə iştirak etməmək siyasətinin davamı olduğunu bildirib.
Öz növbəsində, ABŞ Prezidenti Donald Tramp İspaniyanın bu addımına görə, Madridlə ticarət əlaqələrini kəsməklə hədələyib. Qərarın iki ölkə arasında gərginliyi daha da artıracağı gözlənilir.