Bu ölkələr "Avroviziya"da iştirakdan imtina etdi – Səbəb
Dünya
Avropa Yayım Birliyi (EBU) İsrailin 2026-cı il “Avroviziya” mahnı müsabiqəsində iştirakına icazə verib.
News24.az xəbər verir ki, təşkilat Qəzzada baş verən münaqişə səbəbilə bəzi ölkələrin boykot təhdidlərinə baxmayaraq, İsrailin iştirakını səsverməyə çıxarmamağa qərar verib.
Qərarın elanından dərhal sonra İspaniya, Niderland, İrlandiya və Sloveniya etiraz edərək müsabiqədən çəkildiklərini açıqlayıblar.
EBU bildirib ki, yeni qaydalar hökumətlərin və üçüncü tərəflərin səsverməyə təsir etmək üçün mahnıları kütləvi şəkildə təşviq etməsinin qarşısını almaq məqsədi daşıyır.
“Bu səsvermə o deməkdir ki, bütün EBU üzvləri, iştirak etmək istəyənlər və yeni qaydalara əməl etməyə razı olanlar “Avroviziya” 2026-da iştirak edə bilərlər”, – deyə təşkilat bildirib.
Niderland yayımlayıcı şirkət qərarının səbəbini belə izah edib: “Mövcud şəraitdə iştirak təşkilatımız üçün fundamental olan ictimai dəyərlərlə uzlaşmır”.