Səssiz eniş, böyük şübhə: ABŞ İrana yaxın bölgələrdə hərbi gücünü artırır - Foto
Dünya
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “C-17A Globemaster III” və “MC-130 Super Hercules” tipli hərbi-nəqliyyat təyyarələrinin Türkmənistanda naməlum bir əraziyə eniş etdiyi bildirilib.
News24.az xəbər verir ki, bu barədə məlumatı uçuş izləmə platforması “FlightRadar24” yayıb.
Təyyarələrin eniş nöqtəsi barədə rəsmi açıqlama yayımlanmayıb.
Xüsusi diqqət çəkən məqam “MC-130 Super Hercules” təyyarəsinin funksiyasıdır.
Sözügedən təyyarə əsasən xüsusi təyinatlı qüvvələrin daşınması, gizli və gecə əməliyyatları, helikopterlərə uçuş zamanı avadanlıq ötürülməsi, qeyri-standart eniş-qalxma missiyaları üçün istifadə olunur.
Türkmənistanın Tehrandan təxminən 300 kilometr məsafədə yerləşməsi bu enişin strateji əhəmiyyətini daha da artırır.
Mövcud vəziyyət fonunda bu addım ABŞ-nin İrana yaxın bölgələrdə hərbi mövcudluğunu gücləndirdiyinə dair növbəti siqnal kimi dəyərləndirilir. /Azad İran