Stadionda atışma: 11 ölü, 12 yaralı - Bu ölkədə
Dünya
Meksikanın Guanajuato ştatının Salamanka şəhərində həvəskar futbol matçından sonra stadionda atışma baş verib.
News24.az xəbər verir ki, naməlum silahlı şəxslərin açdığı atəş nəticəsində 11 nəfər ölüb, 12 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Quanaxuato Baş Prokurorluğu hadisə ilə bağlı istintaqa başlanıldığını və təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.