İstanbulda kilsədə yanğın baş verib

İstanbulda kilsədə yanğın baş verib Dünya
İstanbulun Beyoğlu rayonunda köhnə kilsədə naməlum səbəbdən yanğın baş verib.

Hadisə yerinə yanğınsöndürmə briqadaları, təcili yardım maşınları və polis göndərilib. Kilsədə olan 2 nəfər xilas edilərək xəstəxanaya çatdırılıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır. /Trend/