İstanbuldan İrəvana müntəzəm uçuşlar – tarix açıqlandı

İstanbuldan İrəvana müntəzəm uçuşlar – tarix açıqlandı Dünya

İstanbuldan İrəvana gündəlik müntəzəm uçuşlara başlanılır.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç “X” hesabında bildirib.

“Yeni bir addım daha atılır. Bu dəfə ölkəmizin flaqmanı THY (Türk Hava Yolları) 11 mart 2026-cı ildən etibarən hər gün olmaqla İstanbul-İrəvan-İstanbul istiqamətində uçuşlara başlayır”, – məlumatda deyilir.