Starmerdən Abramoviçə sərt mesaj: "Hər qəpik Ukraynaya çatmalıdır"
Dünya
Böyük Britaniyanın Baş naziri Kir Starmer rusiyalı oliqarx Roman Abramoviçdən “Çelsi” futbol klubunun satışından əldə olunan vəsaiti Ukraynaya köçürməyi tələb edib.
News24.az xəbər verir ki, Starmer bu məsələ ilə bağlı sərt bəyanatla çıxış edib:
“Abramoviçə mesajım belədir: vaxt daralır. Üzərinə götürdüyün öhdəliyi yerinə yetir və vəsaiti dərhal köçür. Əks halda, biz məhkəməyə müraciət etməyə hazırıq ki, bu pulların hər qəpiyi Putinin qeyri-qanuni müharibəsi nəticəsində həyatı dağılan insanlara çatsın”, – deyə Starmer bildirib.
Starmerin sözlərinə görə, London bu vəsaitin Ukraynaya yönəldilməsi məsələsində geri çəkilmək niyyətində deyil və hüquqi addımlar istisna edilmir.