Su faciəyə səbəb oldu - 42 nəfər öldü
Dünya
Mərkəzi Afrika ölkəsi olan Çadda iki ailə arasında su mənbəyindən istifadə hüququ uğrunda baş verən toqquşmalar nəticəsində 40-dan çox insan ölüb.
News24.az xəbər veirr ki, Şərqi Çadda baş verən zorakılıq dalğası nəticəsində azı 42 nəfər həlak olub, 10 nəfər yaralanıb.
Ölkənin Baş nazirini müavini Liman Məhəmmədin sözlərinə görə, bu zorakılıq klassik icmalararası toqquşmalarla bağlı deyil, iki ailə arasında su mənbəyi uğrunda yaranan mübahisənin nəticəsi olub və sonradan daha geniş ərazilərə yayılan qisas aktlarına çevrilib.
Qeyd olunub ki, ölkə prezidenti Məhəmməd İdris Debi İtno hadisə yerinə baş nazir müavini, müdafiə naziri və Baş Qərargah rəisindən ibarət komissiya göndərib.
Çadın baş nazirini müavini bildirib ki, ordunun cəlb olunması vəziyyəti nəzarət altına almağa imkan verib.
Məlumata görə, Çadın Şərq vilayətlərində Sudandan gələn qaçqınların qəbul edilməsi fonunda resurs çatışmazlığı artır. / Tchadinfos/