Su quyusuna düşən iki qardaş həyatını itirdi
Dünya
Türkiyənin Dənizli bölgəsində əkin sahələrini suvarmaq üçün su quyusuna düşən Mustafa və Əli qardaşları metan qazından zəhərlənərək həyatlarını itiriblər.
News24.az Sözcü nəşrinə istinadən xəbər verir ki, quyuda suvarma mühərrikini işə salmaq istəyən Mustafa Sərt bir müddət çölə çıxmayıb, maraqlanan qardaşı Əli Sərt onun ardınca quyuya düşüb.
Hadisə yerinə hər iki şəxsin həyat yoldaşları gəlib və onların hərəkətsiz halda olduqlarını görüblər.
Əraziyə “jandarma” və tibb işçiləri göndərilib. Quyudan çıxarılan Mustafa Sərtin hadisə yerində öldüyü, qardaşı Əli Sərtin isə xəstəxanaya aparılarkən yolda vəfat etdiyi məlum olub.
Hər iki qardaşın quyunun dibində yığılan metan qazının təsirindən zəhərləndiyi bildirilib.
Nərmin Murad