Sudanda hərbi təyyarə qəzaya - UĞRADI - Ölənlər var
Dünya
Sudan ordusu paytaxt Xartumda hərbi bazadan havaya qalxan hərbi təyyarənin qəzaya uğraması nəticəsində mülki vətəndaşların və əsgərlərin həyatını itirdiyini bildirib.
News24.az xəbər verir ki, ordu sözçüsü tərəfindən edilən yazılı açıqlamada, "Bu gün axşam saatlarında Vadi Seyyidna hərbi bazasından havaya qalxan təyyarələrimizdən biri qəzaya uğradı" yazılıb.
Açıqlamada yaralıların müalicə üçün xəstəxanaya aparıldığı və yanğınsöndürənlərin qəza bölgəsində baş verən yanğını nəzarətə götürdüyü bildirilib.
Günel Məlikzadə