Sudanda səhiyyəyə hücumlar: 1600-dən çox ölən var
Dünya
Bu il Sudanda səhiyyə xidmətlərinə edilən hücumlar nəticəsində 1600-dən çox insan həyatını itirib.
News24.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.
Qebreyesus "X" platformasında paylaşımında bildirib ki, ÜST 2025-ci il ərzində Sudanda səhiyyə obyektləri və xidmətlərinə qarşı 65 hücumu sənədləşdirib. Həmin hücumlar nəticəsində 276 nəfər yaralanıb.
Onun sözlərinə görə, son hücum Cənubi Kordofanın Delenc şəhərində baş verib. Hadisə zamanı 9 nəfər ölüb, 17 nəfər yaralanıb, yaralılardan biri səhiyyə işçisidir.
ÜST rəhbəri vurğulayıb ki, bu hücumlar əhalinin tibbi yardımdan məhrum qalmasına səbəb olur və səhiyyə obyektləri ilə işçilərin qorunması vacibdir.