Sudanda vəba və qızılca nümunələri olan laboratoriya - ələ keçirildi

Sudanda vəba və qızılca nümunələri olan laboratoriya - ələ keçirildi Dünya
Sudanda poliomielit, vəba və qızılca nümunələri olan bioloji laboratoriya ələ keçirilib. 

News24.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Sudandakı nümayəndəsi Nima Səid Abid BMT-nin Cenevrədəki həftəlik brifinqində deyib.

Bildirilib ki, bu laboratoriya hərbi bazaya çevrilib və oradakı nümunələrə görə böyük bioloji risk var. /Ren Tv/