Sülh planı finala yaxınlaşır? ABŞ və Ukrayna arasında məhsuldar danışıqlar gedir

Sülh planı finala yaxınlaşır? ABŞ və Ukrayna arasında məhsuldar danışıqlar gedir Dünya

“Tramp Ukraynada müharibənin başa çatdırılması imkanına dair ümid və nikbinliyini qoruyur”.

News24.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Kerolayn Livitt “Fox News”a açıqlamasında deyib.

“Prezident (Tramp) həftəsonu bəyanat verdi və həmin vaxtdan etibarən onun milli təhlükəsizlik komandası ilə Ukrayna nümayəndə heyəti arasında çox məhsuldar müzakirələr aparılıb”.

Livitt əlavə edib ki, ABŞ-nin Ukrayna üzrə sülh planında cəmi bir-iki maddə qalıb ki, onlar üzərində iş davam edir.

“Bir neçә bəndlə bağlı fikir ayrılığı var və komandalarımız üzərində işləməyə davam edir”, – deyə o bildirib.