Süni intellekt interneti ələ keçirir: Görünməz “bot ordusu” işə düşdü

Süni intellekt interneti ələ keçirir: Görünməz “bot ordusu” işə düşdü Dünya

Kiber məkanda “səssiz işğal” başlayıb.

News24.az xəbər verir ki, “Akamai Technologies” şirkətinin “State of the Internet” adlı yeni hesabatına əsasən, süni intellektlə idarə olunan botların fəaliyyəti son bir ildə 300 faiz artıb. Artıq internetdə hər 100 botdan biri süni intellekt tərəfindən idarə olunur.

Mütəxəssislər bu tendensiyanı “rəqəmsal müstəmləkəçilik dövrü” adlandırırlar. Onların sözlərinə görə, yeni nəsil botlar təkcə məlumat toplamaqla kifayətlənmir, həm də kiberhücumlar həyata keçirir, şəxsiyyət təsdiqləmə sistemlərini aşır və saxta onlayn əlaqələr yaradır.

Hesabata görə, bot hücumlarının 63 faizi media və nəşriyyat saytlarına yönəlib. Bu göstərici digər sektorlarla müqayisədə yeddi dəfə yüksəkdir. İkinci əsas hədəf isə onlayn ticarət platformalarıdır. Cəmi iki ay ərzində 25 milyarddan çox bot müraciəti qeydə alınıb.

Ekspertlərin fikrincə, süni intellekt dəstəkli botlar artıq internetin bütün sahələrinə sirayət edib və bu, yeni qlobal kibertəhlükə dövrünün başlandığını göstərir.