Suriya ordusu şimal və şərqdə mövqelərini möhkəmləndirir
Dünya
Suriya ordusu YPG/SDG qüvvələrinin geri çəkildiyi ərazilərdə tərk edilmiş ağır silah və zirehli texnikanı ələ keçirərək cəbhə xəttində mövqelərini gücləndirməyə başlayıb.
News24.az xəbər verir ki, Hasake vilayətində Suriya ordusu T-55 və T-62 tankları, eləcə də ABŞ istehsalı olan MaxxPro MRAP zirehli maşınlarını nəzarətə götürüb. Əldə olunan texnikanın ordunun səhra əməliyyatlarında aktiv şəkildə istifadə ediləcəyi bildirilir.
Eyni zamanda, Hələb və ətraf ərazilərdə Suriya ordusu ilə YPG/SDG arasında toqquşmalar davam edir. Müşahidəçilər hesab edirlər ki, ələ keçirilən hərbi texnika ordunun şimal və şərq bölgələrində mövqelərini möhkəmləndirməsinə imkan verəcək.