Suriyada ABŞ əsgərlərinə hücum oldu, amerikalı hərbçilər öldürüldü

Suriyada ABŞ əsgərlərinə hücum oldu, amerikalı hərbçilər öldürüldü Dünya

Suriyada ABŞ konvoyuna hücum olub. 2 amerikalı hərbçi və tərcüməçi öldürülüb.

News24.az xəbər verir ki, məlumata görə, İŞİD-lə əlaqəli olduğu ehtimal edilən silahlı şəxs ABŞ və Suriya qüvvələrinə məxsus konvoyu hədəf alıb və daha sonra öldürülüb. Onun Suriya təhlükəsizlik qüvvələrinin üzvü olduğu deyilir.

ABŞ Prezidenti Donald Tramp hadisəyə münasibət bildirərək bunun cavabının çox ciddi olacağını deyib.

Qeyd edək ki, hücum nəticəsində daha 3 amerikalı hərbçi yaralanıb.

ABŞ rəsmiləri hücumun İŞİD tərəfindən həyata keçirildiyini ehtimal etdiklərini bildirsələr də, terror qruplaşması məsuliyyəti hələ ki üzərinə götürməyib.