Suriyada təhlükəsizlik qüvvələrinə silahlı hücum: Yaralılar var
Dünya
Suriyanın Suveyda bölgəsində daxili təhlükəsizlik qüvvələrinə qarşı silahlı hücum baş verib, nəticədə üç əməkdaş yaralanıb.
News24.az xəbər verir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi SANA məlumat yayıb. Bildirilib ki, Suveyda əyalətinin Reyme Hazim, Valqa və əl-Mənsura kəndlərində daxili təhlükəsizlik qüvvələrinin mövqeləri silahlı hücumlara məruz qalıb.
Məlumata görə, hücumlar qanunsuz silahlı qruplar tərəfindən həyata keçirilib. İnsident nəticəsində üç təhlükəsizlik əməkdaşı yaralanıb.
Bundan əlavə, paytaxt Dəməşqin Harasta rayonunda əvvəlki döyüşlərdən qalmış partlamamış sursatın partlaması nəticəsində 9 yaşlı uşaq həyatını itirib, daha iki nəfər yaralanıb.
Qeyd olunur ki, Suveyda bölgəsində zaman-zaman Suriya təhlükəsizlik qüvvələri ilə Hikmət Hacri ilə əlaqəli qanunsuz silahlı qruplar arasında gərginlik və toqquşmalar yaşanır.