Tac-Mahal su altında qala bilər - — SƏBƏB
Dünya
Hər il milyonlarla turist cəlb edən və dünyanın ən görməli yerlərindən biri olan Tac-Mahal məqbərəsi su altında qala bilər.
News24.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Hindistan yağan sel yağışlarıdır. Belə ki,daşqın Yamuna çayının sahilində yerləşən Tac-Mahalın yaxınlığındakı bağçaya ziyan vurub. Hazırda Tac-Mahalın yerləşdiyi Aqra şəhərində Yamuna çayının səviyyəsi 167 metrdən çox həddə çatıb. Bu da 166 metr təhlükəsiz səviyyədən yuxarıdır. Daşqına leysan yağışlar, eləcə də daşmış su anbarlarından suyun buraxılması səbəb olur.
Qeyd edək ki, Hindistanın şimalında musson yağışları hələ də davam edir.
Xatırladaq ki, 1978-ci ildə Yamuna daşqını səbəbindən Tac-Mahalın 22 otağı su altında qalmışdı. O vaxtdan bəri məqbərə əlavə tikililərlə sızan sulardan qorunur. Lakin indi Yamunanın növbəti seli Aqradakı digər memarlıq abidələri üçün təhlükə yaradır. Sonuncu dəfə orada belə bir hadisə İSƏ 45 il əvvəl müşahidə olunub.
Aynurə