Tailand və Malayziyada təbii fəlakət can aldı

Tailand və Malayziyada təbii fəlakət can aldı Dünya

Güclü yağışın səbəb olduğu daşqın cənubi Tailandda azı səkkiz nəfərin ölümünə və qonşu Malayziyaya minlərlə insanın köçkün düşməsinə səbəb olub. Hakimiyyət orqanları sığınacaq və yardım təmin etmək üçün səyləri artırır.

News24.az “Reuters”ə istinadla xəbər verir ki, daşqın Tailandın cənubunda 10 vilayəti və Malayziyanın 8 ştatını əhatə edib.

Bu regionlar keçən il də mövsümi musson yağışından yaranan daşqında zərər görüb və təbii fəlakət azı 12 nəfərin ölümünə səbəb olub.

Tailand rəsmiləri bunu “son 300 ilin ən güclü yağışı” adlandırıb.

Daşqından zərər görən ərazilərdən sakinlərin təxliyəsi həyata keçirilir.