Tanzaniyada helikopter qəzaya uğradı, 5 nəfər öldü

Tanzaniyada helikopter qəzaya uğradı, 5 nəfər öldü Dünya

Tanzaniyada Kilimancaro dağında helikopter qəzası baş verib və nəticədə beş nəfər ölüb. Yerli mediaya əsasən, helikopter tibbi xilasetmə missiyasında olub.

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, həlak olanlar Tanzaniya vətəndaşı olan bir bələdçi və bir həkim, zimbabveli pilot və Çexiyadan olan iki turistdir.

Qeyd edək ki, Afrikanın ən yüksək zirvəsi olan Kilimancaro dağının hündürlüyü təxminən 6 min metrdir. Qəza 4670-4700 metr yüksəklikdə baş verib.

Hadisənin təfərrüatları barədə məlumat verilməyib.