Tapılan 30 milyon dollar polisə təhvil verildi

Tapılan 30 milyon dollar polisə təhvil verildi Dünya
Ötən il Tokio sakinləri rekord məbləğdə itirmiş pul taparaq polisə təhvil veriblər.

News24.az xəbər verir ki, sözügedən məbləğ 4 milyard yen (təxminən 30 milyon dollar) olub.

Tokio Polis Departamenti bildirilib ki, bu, 1940-cı ildən bəri maksimum məbləğdir. 

Statistikaya əsasən, təhvil verilən ümumi məbləğ əvvəlki illə müqayisədə təxminən 600 milyon yen (təxminən 5 milyon dollar) artıb.

Ən böyük tapıntı isə 34 milyon yen (254 min dollardan çox) olub. /TASS/

Teymur MƏMMƏDOV