Taylandda avtobus aşdı - Ölənlər var
Dünya
Cənub-Şərqi Asiya ölkəsi olan Taylandın Praçinburi bölgəsinə işgüzar səfərə çıxan sürücü də daxil olmaqla 49 nəfərlik qrupu daşıyan avtobus aşağı enərkən aşıb. Bölgəyə çoxlu sayda polis, xilasetmə və tibbi qruplar göndərilib.
News24.az xəbər verir ki, polis qəza nəticəsində 18 nəfərin öldüyünü, 31 nəfərin yaralandığını açıqlayıb. Avtobusun enişlə hərəkət etdiyi, əyləclərinin işləmədiyi və sürücünün idarəetməni itirdiyini bildirilib.
Khao Thone dağından enən sıldırım yamacın tez-tez qəzalara səhnə olduğu və qəza ilə bağlı araşdırma başlanıldığı bildirilib.
Günel Məlikzadə