Tbilisi yenə qarışdı – etirazların ildönümü böyük yürüşlə qeyd edildi

Tbilisi yenə qarışdı – etirazların ildönümü böyük yürüşlə qeyd edildi Dünya

Tbilisidə Gürcüstanın Avropa İttifaqı ilə danışıqları dayandırmasının ildönümündə genişmiqyaslı yürüş keçirilib.

News24.az xəbər verir ki, etirazçılar Avropa İttifaqı və Gürcüstan bayraqları ilə birlikdə şəhərin mərkəzindəki parlament binasına doğru yürüş ediblər. Məhz həmin ərazi bir il əvvəl başlayan geniş etirazların əsas mərkəzi hesab olunur.

Aksiyada müxalifət təmsilçiləri, həmçinin həbsdə olan nümayişçilərin yaxınları da iştirak ediblər.

Xatırladaq ki, bir il əvvəl – parlament seçkilərindən sonra Baş nazir İrakli Kobaxidze Gürcüstanın 2028-ci ilə qədər Aİ-yə üzvlük danışıqlarına başlamayacağını açıqlayıb.

Bu bəyanatdan bir neçə saat sonra ölkədə kütləvi etirazlar başlayıb və aksiyalar bu günə qədər fasiləsiz davam edir.