Tbilisidə silahlı insident: 1 ölü, 2 yaralı

Tbilisidə silahlı insident: 1 ölü, 2 yaralı Dünya
Gürcüstanın paytaxtı Tbilisidə silahlı insident baş verib.

News24.az APA-ya istinadla xəbər verir ki, paytaxtın Qoqebaşvili küçəsində baş vermiş insident zamanı 1 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb.

Gürcüstan DİN qətli törətməkdə şübhəli bilinın şəxsin kimliyinin müəyyənləşdirildiyini açıqlayıb. Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyirlər.

Cinayətin motivləri açıqlanmayıb.