Təcili! İran ABŞ-yə məxsus PUA-nı vurdu - 310 milyon dollarlıq - FANTASTİK ZƏRƏR

Təcili! İran ABŞ-yə məxsus PUA-nı vurdu - 310 milyon dollarlıq - FANTASTİK ZƏRƏR Dünya

Yəməndə husilər hər biri 31 milyon dollar dəyərində olan 10-cu Amerika MQ-9 Reaper pilotsuz uçuş aparatını Damar bölgəsində vurduqlarını açıqlayıblar.

 RTV “Haber7”-ə istinadən xəbər verir ki, bu İrannın indiyədək vurduğu ABŞ-ə məxsus 10 cu MQ9 zərbə puasıdır. ümumilikdə dəyən zərər 310 milyon dollar təşkil edib. 31 oktyabr 2023-cü il tarixindən etibarən Husilər Yəmən sahillərində ticarət gəmilərini ələ keçirib, bəzi ərazilərə pilotsuz uçuş aparatları və raketlərlə hücum ediblər. Husilərin bu hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib. ABŞ 18 dekabr 2023-cü ildə bir qrup ölkənin iştirakı ilə Husi qüvvələrinə qarşı qlobal dəniz ticarəti təhlükəsizliyinin təhlükə altında olduğunu əsas gətirərək “rəfah mühafizəçisi” adlı çoxmillətli dəniz işçi qrupunu yaradıldığını açıqlayıb. 

Qeyd edək ki, Avropa İttifaqı fevralın 19-da Qırmızı dənizdə naviqasiya təhlükəsizliyi üçün Aspides missiyasını işə saldığı halda İtaliya martın 5-də parlamentin qərarı ilə bu missiyaya qoşularaq taktiki komandanlığı öz üzərinə götürüb. Qlobal ticarətin təxminən 12 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirən və Avropa ilə Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalı vasitəsilə həyata keçirilir.