Təcili! İran danışıqları dayandırdı - Səbəb
Dünya
"İran danışıqlar qrupunun İslamabad şəhərinə gəldiyi barədə məlumatlar həqiqəti əks etdirmir".
News24.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi mənbələrə istinadən məlumat yayıb.
“Bəzi KİV-lərin İran hökumət nümayəndə heyətinin amerikalılarla danışıqlar aparmaq üçün İslamabada gəldiyi barədə yaydığı xəbərlər tamamilə yalandır”, - deyə qeyd edilib.
Bildirilib ki, ABŞ Livanda atəşkəslə bağlı öhdəliklərini yerinə yetirməyənə qədər və sionist rejim hücumlarını davam etdirdiyi müddətdə danışıqlar dayandırılmış vəziyyətdə qalacaq.