"Tehran danışıqlar aparmağa hazırdır, lakin..."

"Tehran danışıqlar aparmağa hazırdır, lakin..." Dünya

“Tehran Vaşinqton ilə danışıqlar aparmağa hazırdır, lakin bu yalnız hüquqi normalar çərçivəsində mümkündür”.

News24.az xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkianın “Telegram” kanalında açıqlama yayılıb.

“İran mübahisələrin həllində diplomatiyanı ən üstün yol hesab edir və milli ləyaqətini, nüfuzunu qorumaqla hüquqi çərçivədə danışıqlara hazır olduğunu bəyan edir”, - deyə açıqlamada qeyd edilib.